İdmançımız alman rəqibini nokauta saldı


22:24     12 İyun 2017 big_1484921415_kinboks201701120_1497270219.jpg

Almaniyanın Herni şəhərində kikboksinq idmanını K1 versiyası üzrə "Fight Vision Europe" yarışı keçirilib.


Gənclər və İdman NAzirliyinin mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, reytinq xarakterli bu yarışda 13 ölkədən 26 idmançı iştirak edib.

Azərbaycanı bu yarışda "Royal Fight" klubunun professional idmançısı Şikar Bədəlov təmsil edib. 75 kq çəki dərəcəsində vuruşan idmançımız rinqdə Alman rəqibini 3-cü raundda texniki nokautla məğlub edərək yarışın qalibi olub.

Qeyd edək ki, Şikar Bədəlov bundan öncə Almaniyada keçirilən reytinq xarakterli "Qəhrəmanların döyüşü" adlı yarışda da qalib gəlmişdi.

Femida.az

Açar sözlər:

Oxunub: 819