Sosial evlərin növbəti satışı ilə bağlı YENİ XƏBƏR


13:20     26 Yanvar 2019 19_01_26_1548494481.jpg


Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) inşa edəcəyi növbəti yaşayış kompleksinin podratçıları məlum olub.


Femida.az xəbər verir ki, Agentliyin tabeliyindəki MİDA MMC-nin Bakının Suraxanı rayonunun Hövsan qəsəbəsinin qərb hissəsində, 20 hektar ərazidə çoxmərtəbəli yaşayış kompleksinin tikintisi ilə əlaqədar ötən il noyabrın 21-də elan etdiyi açıq tenderin nəticələri açıqlanıb.

Beləliklə, Lot-1 üzrə “NN Groiup” MMC, Lot-2 üzrə “Hünər İnşaat” Firması, Lot-3 üzrə “Chinar İnshaat” və “Caspian Service” MMC-lərin yaratdığı konsorsium, Lot-4 üzrə “Perlit” MMC, Lot-5 üzrə isə "HN Construction” MMC qalib elan edilib.

Qalib şirkətlərlə müvafiq satınalma (podrat) müqavilələri bağlanılıb.

Femida.az

Açar sözlər: #sosial   #ev   #mənzil   #MİDA   #Hövsan  

Oxunub: 814