Zərərli vərdişlərin profilaktikasına dair sosial çarx çəkilib


21:36     04 May 2022 22_05_04_1651685810.jpg

Əsası Ümummilli Lilderimiz Heydər Əliyev tərfindən qoyulan narkomaniyaya və QİÇS-in yayılmasına qarşı uğurlu siyasəti dəstəkləmək məqsədi ilə “Antinarkomaniya Sahəsində Gənclərin Təşəbbüsü” İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarina Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə zərərli vərdişlərin profilaktikasına həsr olunan sosial çarx çəkilib.
Sosial çarxda tək övladı narkotik istifadəsi nəticəsində həyatını itirmiş valedynlərin iztirablarından, atanın övlad itkisindən sarsılaraq psixikasının pozulmasından, ailənin düşdüyü faciədən bəhs edilir.

Sosial çarxda verilən mesajlar bütün əhaliyə, xüsusən gənclərə yönələrək, onların narkotik vasitələrdən kənar durmaları, ailələrini çarxda göstərilən vəziyyətə salmamaları məqsədini daşıyır.


Açar sözlər:

Oxunub: 437