"Ordumuzu ən müasir silahlarla təchiz edirik" - İlham Əliyev
23:28 28 Yanvar 2019
"Ölkəmizin hərbi potensialının möhkəmlənməsi üçün çox böyük vəsait tələb olunur. Biz indi ordumuzu ən müasir silahlarla təchiz edirik. Nəyə görə? Çünki biz müharibə şəraitindəyik. Ona görə ki, bizim torpaqlarımız işğal altındadır. Bu məqsədlər üçün də böyük vəsait ayrılır".
Femida.az xəbər verir ki, bunu dövlət başçısı İlham Əliyev deyib. O, Azərbaycan Ordusunun bu gün dünya miqyasında ən güclü ordular sırasında olduğunu bildirib:
"Ötən il Bakıda iki hərbi parad keçirilmişdir. Bu paradlar bizim çox güclü hərbi potensialımızı göstərdi. Bu gün Azərbaycan Ordusu dünya miqyasında ən güclü ordular sırasındadır. Biz ölkə qarşısında duran problemləri hərtərəfli həll etməyə çalışırıq. Sosial məsələlərin həlli prioritetdir. Ancaq bu məsələlərin həllinə nail olmaq üçün güclü iqtisadiyyat olmalıdır. Ona görə iqtisadi inkişaf bundan sonra da elə olmalıdır ki, sosial layihələri icra etməyə imkan versin".
Femida.az
Oxunub: 587
Oxşar xəbərlər
- Ordumuzun mövqeləri atəşə tutulub
- Ordumuzun mövqeləri atəşə tutulub
- Ordumuzun mövqeləri atəşə tutulub
- Ordumuzun müasir texnika ilə təchizatına pul ayrılacaq
- Ordumuzun təlimləri bu cür iadarə olunur - VİDEO
- Ordumuzun PUA-lardan uğurlu istifadəsi dünya sərgilərinin mövzusunu dəyişdi
- Ordumuzun məhv etdiyi düşmən texnikalarının nömrələrindən ibarət lövhə hazırlanıb
- Ordumuzun əks-hücum əməliyyatları davam edir - Düşmən çoxlu sayda itki verib
- Ordumuzun əks-həmlə əməliyyatı uğurla davam edir
- Ordumuzun döyüş hazırlığından yeni görüntülər - VİDEO