Sərxoş sürücü tutuldu - Piyadanı vurub qaçmışdı
10:17 30 Yanvar 2019
Səbail rayonunun polis və prokurorluq əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində yol nəqliyyat hadisəsi törədib hadisə yerindən qaçmış sürücü tutularaq istintaqa cəlb edilib.
Bakı şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğunundan Femida.az-a verilən birgə məlumatda bildirilib ki, yanvarın 27-də paytaxtın Səbail rayonu ərazisində 1980-cı il təvəllüdlü Bəxtiyar Əliyevin sərxoş halda idarə etdiyi “Mercedes C 200” markalı, 99-RD-120 dövlət qeydiyyat nişanlı avtomobillə yolu keçmək istəyən piyada 1939-cu il təvəllüdlü Əhmədov Zahid Məhəmməd oğlunu vuraraq sonuncunun ölümünə səbəb olması və hadisə yerindən qaçması faktına görə rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263-1.3 (sərxoş halda yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb.
Aparılmış təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində B.Əliyev yanvarın 28-də şübhəli şəxs qismində tutularaq müdafiəçi ilə təmin edilməklə dindirilib.
Bəxtiyar Əliyev iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona Cinayət Məcəlləsinin qeyd edilən maddələri ilə ittiham elan edilməklə məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib. Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
Femida.az
Oxunub: 262
Oxşar xəbərlər
- Bakının Nəsimi və Səbail rayonlarında su kəsiləcək
- Səbaildə gənci avtomobil vurub
- Premyer Liqa: "Zirə" "Səbail"i, "Neftçi" "Sabah"ı qəbul edəcək
- Atası həbsdə olan rəis Səbaildəki vəzifəsindən azad edildi
- Səbail icra başçısının birinci müavini Xalidə Bayramova işdən çıxarılıb
- DİN: Səbail RPİ-nin rəisinin istefa verməsi barədə məlumatlar həqiqəti əks etdirmir
- Səbail RİH Buxta 9 ünvanındakı evlərlə bağlı FHN-ə müraciət edib
- Səbail rayonunda narkotik və psixotrop həblər satan şəxs saxlanılıb
- Səbaildə qanunsuz fəaliyyət göstərən uşaq bağçası aşkarlanıb
- Səbail rayonunda karantin rejimi ilə əlaqədar reydlər keçirilib - FOTO