Azərbaycan postsovet məkanında ən çox silah alan ölkədir
15:20 30 Yanvar 2019
2017-ci ilin statistik məlumatlarına əsasən, postsovet ölkələri arasında ən çox silah idxal edən ölkə Azərbaycandır.
Femida.az Azvision.az-a istinadən xəbər verir ki, bu barədə Stokholm Beynəlxalq İnstitutunun (SIPRI) və Beynəlxalq Bankın 2016-2017-ci ildəki məlumatları əsasında hazırlanan dünyanın silah bazarının ixracatçı və idxalçı ölkələrinin xəritəsində göstərilib. Qeyd olunub ki, Azərbaycan ötən illərlə müqayisədə silah idxalına 7 milyon dollar əlavə vəsait ayırıb.
Ümumilkdə isə Azərbaycan silahların alınmasına 279 milyon dollar xərcləyib. Növbəti yerlərdə qərarlaşan Qazaxıstan silah idxalına 209 milyon dollar, Belarus 145 milyon dollar, Türkmənistan 75 milyon dollar, Latviya 39 milyon dollar, Rusiya 34 milyon dollar, Estoniya 30 milyon dollar, Litva 29 milyon dollar, Ermənistan isə 14 milyon dollar vəsait xərcləyib.
Femida.az
Oxunub: 498
Oxşar xəbərlər
- Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub
- Azərbaycan Mərkəzi Bankı əhaliyə xəbərdarlıq edib
- Azərbaycanda hərbi xidmətə növbəti çağırış başlayıb
- Azərbaycan Prezidenti Bolqarıstana rəsmi səfərə gedib
- Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (27.09.2022)
- Azərbaycanda qızlar niyə yoxa çıxır? - Görün hardan tapılırlar
- Azərbaycan Ordusunun əsgəri vəfat edib
- Azərbaycanda hibrid avtomobillərin idxal və satışı daha 1 il vergidən azad ediləcək
- Azərbaycan Silahlı Qüvvələrinin daha 21 hərbçisi şəhid olub - SİYAHI
- Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (05.09.2022)