Azyaşlını öldürməyə cəhd edən şəxsə 14 il cəza


19:30     30 Yanvar 2019 1442557655_mehkeme-zali.jpg

Bakı Ağır Cinayətlər Məhkəməsində yeddi yaşlı uşağı öldürməyə cəhddə təqsirləndirilən Mövsüm Bağırovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Femida.az-ın Trend-ə istinadən məlumatına görə, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə M.Bağırov 14 il azadlıqdan məhrum edilib.

İttihama görə, ötən il Bakının Xəzər rayonunda 1998-ci il təvəllüdlü M.Bağırov qonşuluqda yaşayan 7 yaşlı Alı Vəliyevin başına daş çırparaq öldürməyə cəhd edib.

Xəstəxanaya çatdırılan yaralının həyatını xilas etmək mümkün olub.

Hadisəyə azyaşlının M.Bağırovun üzərinə pirotexniki maddə atması səbəb olub.

Polis tərəfindən saxlanan M.Bağırovun barəsində Cinayət Məcəlləsinin 29.120-ci (adam öldürməyə cəhd) maddəsi ilə ittiham irəli sürülüb.

Femida.az

Açar sözlər:

Oxunub: 440