Bu gecədən Kiçik çillə başlayır
10:15 31 Yanvar 2019
Xalq inancına görə, bu gecə - yanvarın 31-dən fevralın 1-nə keçən gecədən etibarən Azərbaycanda Böyük çillə başa çatır və Kiçik çillə başlayır.
Femida.az-ın məlumatına görə, qədim türklər qış fəslini üç yerə bölüblər: Böyük çillə 40 gün, Kiçik çillə 20 gün və bundan sonra 30 günlük Boz ay gəlir.
"Çillə" - çətinlik, məşəqqət, üzüntü, sıxıntı, ağırlıq gətirən ifadədir.
Qeyd edək ki, dekabr ayının 21-dən 22-nə keçən gecə Azərbaycanın müxtəlif bölgələrində "Böyük çillə" mərasimi keçirilir. Böyük çillə təxminən yanvarın 31-i bitir. Daha mülayim olan Böyük çillədən fərqli olaraq, Kiçik çillədə havalar sərt şaxtalarla müşahidə olunur. Sərt soyuğuna görə Kiçik çillə mifologiyada amansız, həyatı donduran, qorxulu bir qüvvə kimi təsvir olunur. Kiçik çillə 20 gün davam edir. Ondan sonra Boz ay başlayır. Boz ay isə Novruz bayramı ilə bitir. Yaşı min illərə çatan bu mərasim həm də insanları qışda keçən mülayim havaya aldanmamağa çağırır.
Femida.az
Oxunub: 668
Oxşar xəbərlər
- Bu gün Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyidir
- Bütün meymunları öldürən virus aşkarlanıb
- Bu gündən icbari avtomobil sığortası üzrə haqlar yeni qayda ilə hesablanacaq
- Bu gün şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək
- Bu gün Azərbaycanda Anım Günüdür
- Bu sayda erməni meyiti Azərbaycandadır
- Bu ərazilər Ordumuzun nəzarətinə keçdi - RƏSMİ
- Bu gündən uşaq bağçalarına elektron qəbul başlayır
- Bu gün II qrupa qəbul imtahanı keçiriləcək
- Bu gün III qrupa qəbul imtahanı keçirilir