Nazirlikdə işçi qrup yaradıldı - Övladlığagötürmə ilə bağlı


09:51     01 Fevral 2019 cq4l2p0vrggioldtetmh7ehm64emek-ve-sosial-mudafie-nazirliyi.jpg

Azərbaycan Prezidenti İlham Əliyevin “Övladlığagötürmə sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” fərmanının icrası məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində İşçi qrup yaradılıb.



Bu barədə Femida.az-a nazirlikdən məlumat verilib.

Bildirilib ki, İşçi qrupun iş planı təsdiq edilib. Planda nazirliyin mərkəzləşdirilmiş elektron informasiya sistemində “Valideyn himayəsindən məhrum olmuş uşaqlar və övladlığagötürmə” altsisteminin yaradılması, övladlığagötürmə prosesinin mərkəzləşdirilmiş vahid elektron uçotunun və idarəetmə sisteminin qurulmasının təmin edilməsi üçün funksional tələblərin hazırlanması yer alıb. “Valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsi barədə” qaydaların və övladlığagötürmə ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsinə dair təkliflərin hazırlanması və s. kimi işlər də plana daxildir.

İşçi qrup plana əsasən, eyni zamanda, yaradılacaq altsistemə inteqrasiya olunacaq qurumların informasiya sistemlərinin və ehtiyatlarının siyahısına, valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsini stimullaşdıran dəstəkləyici tədbirlərə və mexanizmlərə dair təkliflər hazırlayacaq. Övladlığagötürmə sahəsində islahatlar və görüləcək tədbirlər barədə ictimaiyyətin ardıcıl və geniş məlumatlandırılması da təmin ediləcək.

İşçi qrupun ilk iclasında altsistemin yaradılması, övladlığa götürülən uşaqların və onları övladlığa götürməyi arzu edən şəxslərin vahid uçotunun elektron qaydada aparılması, övladlığa götürülmüş uşaqların həyat şəraiti ilə bağlı nəzarət tədbirlərinin təşkili, müvafiq qanunvericiliyin təkmilləşdirilməsi və s. ilə bağlı görüləcək işlər müzakirə olunub, təkliflər səsləndirilib.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev 2018-ci ilin dekabrın 10-da “Övladlığagötürmə sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” fərman imzalayıb.

Femida.az

Açar sözlər:

Oxunub: 447