İlham Əliyev gəncləri təltif etdi - Sərəcam
13:03 01 Fevral 2019
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bir qrup gəncin təltif edilməsi haqqında sərəncamlar imzalayıb.
Femida.az xəbər verir ki, dövlətimizin başçısının imzaladığı sərəncama əsasən, mədəniyyət, elm, təhsil və ictimai fəaliyyət sahələrində xüsusi fərqlənən Hüseynxan Hacızadə, Masər Həsənov, Sara Rəcəbli, Mustafa Mehmandarov, Nigar Mirzəmmədova və Allahverdi Şahverənov 2019-cu il Gənclər üçün Prezident mükafatları ilə təltif olunublar.
Bundan başqa, həyatları təhlükəyə məruz qalmış insanların xilası zamanı göstərdikləri şəxsi şücaətə görə Sabir Şirinov və Umud Şirinov Azərbaycan Respublikası Prezidentinin digər bir Sərəncamına əsasən “İgidliyə görə” medalı ilə təltif ediliblər.
Dövlətimizin başçısının imzaladığı digər bir Sərəncamla isə 2 fevral – Azərbaycan Gəncləri Günü münasibətilə və dövlət gənclər siyasətinin həyata keçirilməsində, gənclər hərəkatının formalaşmasında səmərəli fəaliyyətinə görə Azad Cabbarov 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, Asif Əsgərli, Vüqar Qədirov və İlqar Orucov “Tərəqqi”, Vüqar İsgəndərov, Rüfət Quliyev və Kamal Nəcəfli isə “Dövlət qulluğunda fərqlənməyə görə” medalları ilə təltif olunublar.
Femida.az
Oxunub: 402
Oxşar xəbərlər
- İlham Əliyev və Mehriban Əliyeva Şuşada Yuxarı Gövhərağa məscidini ziyarət edib
- İlham Əliyev və Mehriban Əliyeva Qaraxanbəylidə Anım Gününə həsr olunmuş xatirə lövhəsini ziyarət ediblər
- İlham Əliyev Koreya Prezidentinin xüsusi nümayəndəsini qəbul edib
- İlham Əliyev və Mehriban Əliyeva V İslam Həmrəyliyi Oyunlarında nəticə əldə etmiş idmançılarla görüşüblər
- İlham Əliyev: “Azərbaycanın 9 şəhəri və yüzlərlə kəndi yer üzündən silinib”
- İlham Əliyev Göygöl, Kəlbəcər və Laçına səfər edib
- İlham Əliyev bir qrup dövlət qulluqçusunu təltif edib - SİYAHI
- İlham Əliyev Özbəkistan Prezidentinə təşəkkür edib
- İlham Əliyev Pirallahıda avtomobil yollarının yenidən qurulmasına vəsait ayırıb
- İlham Əliyev iranlı həmkarına başsağlığı verib