"Formula 1" daha 3 il Azərbaycanda keçiriləcək - RƏSMİ
10:15 05 Fevral 2019
"Formula 1" yarışı daha 3 il Azərbaycanda keçiriləcək.
Femida.az-ın məlumatına görə, bununla bağlı bu gün Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov və "Formula 1" Şirkətlər Qrupunun baş icraçı direktoru Çeyz Kerri saziş imzalayıblar.
A.Rəhimov qeyd edib ki, "Formula 1" yarışının Azərbaycanda keçirilməsi mühüm amildir və Azərbaycan daha 3 il bu yarışmaya ev sahibliyi edəcək.
Qeyd edək ki, "Formula 1" açıq təkər tipli avtomobillərin dövrəvi avtoyürüşləri üzrə dünya çempionatıdır. "Formula 1" üzrə dünya çempionatı hər il keçirilir və Qran Pri statusu daşıyan ayrı-ayrı mərhələlərdən ibarət olur.
İlk dünya çempionatının birinci yarışı 1950-ci il mayın 13-də Böyük Britaniyanın Silverstoun trasında baş tutub.
Bu il Bakıda artıq 4-cü dəfə keçiriləcək "Formula 1" yarışlarına aprelin 26-dan start veriləcək.
Femida.az
Oxunub: 429
Oxşar xəbərlər
- Bakıda "Formula 2"nin əsas yarışı başlayıb
- NİİM “Formula 1" ilə bağlı sürücülərə müraciət edib
- Bakıda "Formula 1"ə hazırlıqla əlaqədar hərəkət məhdudlaşdırılacaq
- Formula 1 Azərbaycan Qran Prisi 2021-in qalibləri müəyyən olundu
- "Formula 1": Azərbaycan Qran-prisində əsas yarış başladı
- Bakıda Formula 2 yarışlarının qalibi bəlli olub
- Formula 1-in açılış mərasimində Dövlət Himnini qazi səsləndirəcək
- Bakı Formula 1 Azərbaycan Qran-Prisinə tam hazırdır
- DYP “Formula 1” ilə bağlı məlumat yaydı
- "Formula 1" zamanı bulvar bağlı olacaq? - AÇIQLAMA