Bakıda "Formula 1"ə hazırlıqla əlaqədar hərəkət məhdudlaşdırılacaq
19:55 08 May 2022
"Formula 1" üzrə Azərbaycan Qran-prisinə hazırlıq çərçivəsində trasda aparılan təmir işləri ilə əlaqədar yolun Neftçilər prospektinin Azneft dairəsindən (Neftçilər prospekti və Niyazi küçələrinin kəsişməsi) "Abşeron Mariott" otelinədək (Neftçilər prospekti və Puşkin küçələrinin kəsişməsi) hissəsində hərəkət məhdudlaşdırılacaq.
Bakı Şəhər Halqası (BŞH) Əməliyyat Şirkətindən Femida.az-a verilən məlumata görə, yolun sözügedən hissəsində yaranacaq sıxlığı nəzərə alaraq sürücülərdən alternativ yollardan istifadə etmələri xahiş olunur.
Bakı Şəhər Halqası Əməliyyat Şirkəti yolların bağlı olmadığını, yalnız hərəkət zolağının sıxlaşdırıldığını bəyan edib.
Əməliyyat Şirkəti sürücülərə anlayışlarına görə təşəkkür edib, hazırlıq işləri ilə bağlı yaranan müvəqqəti narahatlığa görə üzr istəyib.
Oxunub: 366
Oxşar xəbərlər
- Bakıda yolların yenidən qurulmasına 4,23 milyon manat ayrılıb - SƏRƏNCAM
- Bakıda mənimsəmədə təqsirləndirilən qadının məhkəməsində şahid dindirilib
- Bakıda avtomobil 39 yaşlı kişini vurub
- Bakıda özəl klinikada 46 yaşlı kişi əməliyyatdan sonra ölüb
- Bakıda gecə satlarında atışma: Güllələnən şəxs görün kimdir - VİDEO
- Bakıda və bölgələrdə güclü külək əsəcək - XƏBƏRDARLIQ
- Bakıda avtomobil qadını vuraraq öldürüb
- Bakıda yaşayış binasında yanğın olub, xəsarət alan var
- Bakıda faciə: Ölənlər var
- Bakıda 16 yaşlı gənc sinəsindən bıçaqlanıb