Fevralın 12-dək yağış gözlənilir - Xəbərdarlıq
09:20 07 Fevral 2019
Ekologiya və Təbii Sərvətlər Nazirliyi hava şəraitinin dəyişəcəyi ilə bağlı əhaliyə xəbərdarlıq edib.
Nazirliyin Milli hidrometeorologiya departamentindən Femida.az-a verilən məlumata görə, fevralın 7-də Bakıda və Abşeron yarımadasında cənub-qərb küləyinin 15-18, arabir 20-23 m/s, fevralın 8-də isə şimal-qərb küləyinin 15-20 m/s olacağı, arabir 23 m/s-dək güclənəcəyi gözlənilir.
Azərbaycanın rayonlarında fevralın 7-8-də qərb küləyinin ayrı-ayrı yerlərdə arabir 20-25 m/s-dək güclənəcəyi, fevralın 8-i axşamdan fevralın 12-dək bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın intensiv olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı ehtimalı var.
Femida.az
Oxunub: 572
Oxşar xəbərlər
- Bakı hava limanında ƏMƏLİYYAT - Tutulanlar VAR
- Zəngilan Beynəlxalq Hava Limanında sərhəd nəzarətinə hazırlıq görülür
- Bakı hava limanında ölən şəxs görün, kimin oğlu imiş
- Sabah hava küləkli olacaq, yağış yağacaq
- Xəzərdə dalğanın hündürlüyü 2,4 metrə çatıb - FAKTİKİ HAVA
- Hava ilə bağlı xəbərdarlıq
- Sabahın hava proqnozu açıqlanıb
- Hava ilə bağlı açıqlama
- Hava ilə bağlı XƏBƏRDARLIQ
- Hava ilə bağlı XƏBƏRDARLIQ