Daha iki partiya MSK-ya hesabat verdi


15:08     07 Fevral 2019 mskss3.jpg

Azərbaycanda daha iki siyasi partiya 2018-ci il üzrə maliyyə hesabatını Mərkəzi Seçki Komissiyasına təqdim edib.

Femida.az xəbər verir ki, bunlar Azərbaycan Xalq Demokratik Partiyası və Azərbaycan Naminə Alyans Partiyasıdır.

Hər iki partiyanın 2018-ci il üzrə gəlir və xərcləri sıfır (0) olub. Bununla da MSK-ya maliyyə hesabatını təqdim edə partiyaların sayı 3-ə çatıb.

Qeyd edək ki, bundan öncə hakim Yeni Azərbaycan Partiyası 2018-ci il üzrə maliyyə hesabatını Mərkəzi Seçki Komissiyasına təqdim edib.

Femida.az

Açar sözlər:

Oxunub: 247