Azərbaycanlı hərbçiylə bağlı məsələ böyüyür - Gürcü ombudsman nəzarətə götürdü
20:38 07 Fevral 2019
Xəbər verdiyimiz kimi, Gürcüstanın Krtsanisi təlim mərkəzində baş vermiş insident nəticəsində 20 yaşlı azərbaycanlı çağırışçı Elcan Əfəndiyev klinikaya yerləşdirilib.
“Qafqazinfo” Gürcüstan mediasına istinadən xəbər verir ki, hadisəni Gürcüstanın ombudsman aparatı nəzarətə götürüb. Bu barədə ombudsman Nino Lomcariya jurnalistlərə açıqlamasında özü bildirib.
“Krtsanisi təlim mərkəzində yeni çağırışçılar arasında mübahisə olub. Emosional fonda yaranmış mübahisə zamanı əsgərlərdən birinin səhhəti pisləşib və klinikaya yerləşdirilib. Onun hər hansı fiziki zədəsi yoxdur”, - deyə Müdafiə Nazirliyinin bəyanatında bildirilir.
Əfəndiyev özü və valideynləri isə bunun əksini söyləyir. Elcanın atası Elbrus Əfəndiyev “Rustavi 2” kanalına müsahibəsində oğlunun bir neçə şəxs tərəfindən döyüldüyünü deyib:
“Oğlum təxminən 3 gündür Krtsanisi təlim mərkəzində xidmət edirdi. Davadan sonra o özü mənimlə əlaqə saxlayıb dedi ki, onu xəstəxanaya aparırlar. Oğlum bildirdi ki, onu başqa otağa aparıblar və bir neçə şəxs tərəfindən döyülüb. O, başından travma alıb”.
İnsident, həmçinin, Gürcüstanın Müdafiə Nazirliyinin hərbi polisinin nəzarətinə götürülüb. Nino Lomcariya hadisə ilə bağlı zərərçəkənlərə baş çəkməyə hazır olduqlarını qeyd edib.
Oxunub: 523
Oxşar xəbərlər
- Azərbaycanlı aktyor belə öldürüldü - DƏHŞƏTLİ VİDEO YAYILDI
- Azərbaycanlılara qarşı soyqırımından 104 il ötür
- Azərbaycanlı tələbə Ukraynada necə əsir düşüb? – ÖZÜ DANIŞIR
- Azərbaycanlı “qanuni oğru” Rafiq Masallı güllələndi
- Azərbaycanlı cəmiyyət sədri Ukraynada mühasirəyə düşüb
- Azərbaycanlı deputatlar İrəvanda Göy məscidi ziyarət ediblər
- Azərbaycanlı tələbə Rusiyada qətlə yetirildi - FOTO
- Azərbaycanlı gənc Rusiyada partlayışda ölüb
- Azərbaycanlı məşhur kriminal avtoritet öldürüldü
- Azərbaycanlı məşqçi koronavirusdan vəfat edib