İstanbulda çökən binada ölənlərin sayı 15-ə çatıb


21:14     08 Fevral 2019 19_02_08_1549646115.jpg

İstanbulda yaşayış binasının çökməsi nəticəsində ölənlərin sayı 15 nəfərə çatıb.
Femida.az xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca bildirib.

Onun sözlərinə görə, uçqun altından xilas edilən 14 nəfərdən 13-nün müalicəsi davam edir. Onlardan 7-si reanimasiya şöbəsindədir.

Xatırladaq ki, fevralın 6-da İstanbulda 7 mərtəbəli yaşayış binası çöküb. Binadakı 14 mənzildə 43 nəfər qeydiyyatda olub. Uçqunun hansı səbəbdən baş verdiyi məlum deyil. Hadisə yerində axtarış-xilasetmə işləri davam etdirilir.

Açar sözlər:

Oxunub: 247