İstanbulda ağır yol qəzası olub, ölən və yaralananlar var


09:58     05 İyul 2022 22_07_05_1656999432.jpg

Türkiyənin İstanbul şəhərində yol kənarında işləyən fəhlələrə avtomobil çırpılıb.

Femida.az DHA-ya istinadən xəbər verir ki, hadisə nəticəsində 2 nəfər ölüb, 5 nəfər ağır yaralanıb.

Məlumata görə, 34 EIG 330 dövlət nömrə nişanlı yüngül avtomobilinin sürücüsü naməlum səbəbdən idarəetməni itirib. Sürücünün idarəetməsindən çıxan avtomobil əvvəlcə şlaqbaumlara çırpılıb, daha sonra viadukda işləyən fəhlələrin üzərinə aşıb. Qəza törədən maşın işçilərin istifadə etdiyi kran maşınına çırpılaraq dayanıb.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 262