Ermənistanda nazirliklər ləğv edilir


12:25     11 Fevral 2019 19_02_11_1549873526.jpg


Ermənistanın baş naziri Nikol Paşinyan ölkədə bir çox nazirliyin ləğv edilməsi barədə qərar qəbul edib. Femida.az xəbər verir ki, bu barədə “facebook” hesabında məlumat paylaşıb.

“Hökumət strukturuna dair müzakirələrin sona çatdı. Son qərara görə, 12 nazirlik Ermənistanda olacaq. Ən çox müzakirə olunan məsələlərdən biri də Diaspor Nazirliyinin fəaliyyəti idi. Bəli, bu nazirlik də bağlanacaq”, - deyə Paşinyan bildirib.

Qeyd edək ki, Disapora Nazirliyini Baş Nazirliyin tərkibində Diaspor İşləri üzrə İdarə əvəz edəcək.

Femida.az

Açar sözlər: #Ermənistan   #nazirlik   #diaspor   #Paşinyan  

Oxunub: 452