Valyuta dəyişən kişinin meyiti tapıldı (FOTO)


15:07     23 Oktyabr 2015 05358d27bd7b1669dc3884faeec73463.jpg

Bu il oktyabrın 17-də itkin düşən Ağcabədi rayon sakini İsmayılov Valeh Qanboy oğlunun meyiti Qarabağ kanalının İmişli rayonu ərazisindən keçən hissəsində tapılıb.


Femida.az-ın xəbərinə görə, meyit müayinə olunub və üzərində heç bir zorakılıq əlaməti aşkarlanmayıb. V. İsmayılovun meyiti ailəsinə təhvil verilib.

Qeyd edək ki, Ağcabədidə “Kolxoz bazarı” adlanan yerdə xarici valyutanın alqı-satqısı ilə məşğul olan 1956-cı il təvəllüdlü V. İsmayılov oktyabrın 17-də saat 07:40 radələrində evdən çıxıb və geri qayıtmayıb. Eyni zamanda xarici valyutanın alqı-satqısı ilə məşğul olan Vüqar Hümbətovun da yoxa çıxması faktı qeydə alınmışdı.

Bununla bağlı Ağcabədi Rayon Polis Şöbəsi tərəfindən axtarış elan olunub.

Açar sözlər:

Oxunub: 1457