Valyuta alverçiləri cərimələndi


18:32     31 Dekabr 2015 dollar-kredit%20(1).jpg


Şəkidə müvafiq sənədləri olmadan fəaliyyət göstərən valyuta mübadilə məntəqəsinin işçiləri valyuta tənzimi qaydalarını pozduqlarına görə cərimə ediliblər.

Femida.az DİN-ə istinadən xəbər verir ki, Şəki şəhər rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində şəhərdəki mərkəzi bazarın ərazisində, müvafiq sənədləri olmadan fəaliyyət göstərən valyuta mübadilə məntəqəsinin işçiləri - şəhər sakinləri Yusif Məmmədov və Səbuhi Abdullayev valyuta tənzimi qaydalarını pozduqlarına görə İnzibati Xətalar Məcəlləsinin 222.1 maddəsinə əsasən hər biri 90 manat cərimə edilib.

Açar sözlər:

Oxunub: 1091