Azərbaycan ədəbiyyatı Belarusda təqdim olunub
18:01 11 Fevral 2019
Azərbaycan Dövlət Tərcümə Mərkəzinin, milli ədəbiyyatın beynəlxalq aləmdə tanıdılması və təbliği istiqamətində ərsəyə gətirdiyi Belarus dilində “Müasir Azərbaycan ədəbiyyatı antologiyası – Poeziya” kitabı XXVI Minsk Beynəlxalq Kitab Sərgisində təqdim edilib.
Mərkəzdən Femida.az-a verilən məlumata görə, Belarus Milli Kitabxanasında baş tutan tədbirdə Belarusun ədəbi ictimaiyyəti, mətbuat nümayəndələri, qiraət ustaları iştirak edib.
Kitaba daxil edilən şeirləri Belarus dilinə tərcümə etmiş tanınmış şair-tərcüməçilər – Naum Qalperoviç, Tatyana Sivets, Yuliya Aleyçenko və Valeriya Sarotnik çıxış edərək, Azərbaycan–Belarus ədəbi-mədəni əlaqələrinin inkişafından, xalqlararası anlaşmanın körpüsü olan bu mübadilələrin müstəsna əhəmiyyətindən danışıblar.
Daha sonra Belarusun məşhur qiraət ustası Nikolay Leonçik antologiyaya daxil edilmiş Azərbaycan şairlərinin şeirlərini səsləndirib. Tədbirin bədii hissəsində Azərbaycan milli rəqsi nümayiş etdirilib.
Qeyd edək ki, kitaba – müasir Azərbaycan poeziyasının Səməd Vurğun, Mikayıl Müşfiq, Rəsul Rza, Əli Kərim, Bəxtiyar Vahabzadə, Nəriman Həsənzadə, Məmməd Araz, İsa İsmayılzadə, Ələkbər Salahzadə və digər bu kimi parlaq simalarının şeirləri toplanıb.
Tədbir Belarus mətbuatında və televiziyasında geniş işıqlandırılıb.
Femida.az
Oxunub: 395
Oxşar xəbərlər
- Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub
- Azərbaycan Mərkəzi Bankı əhaliyə xəbərdarlıq edib
- Azərbaycanda hərbi xidmətə növbəti çağırış başlayıb
- Azərbaycan Prezidenti Bolqarıstana rəsmi səfərə gedib
- Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (27.09.2022)
- Azərbaycanda qızlar niyə yoxa çıxır? - Görün hardan tapılırlar
- Azərbaycan Ordusunun əsgəri vəfat edib
- Azərbaycanda hibrid avtomobillərin idxal və satışı daha 1 il vergidən azad ediləcək
- Azərbaycan Silahlı Qüvvələrinin daha 21 hərbçisi şəhid olub - SİYAHI
- Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (05.09.2022)