Saxta malları bu üsulla özünüz müəyyən edin! +İZAHLI VİDEO


22:00     12 Fevral 2019 19_02_12_1549994587.jpg

Son vaxtların ən çox müzakirə edilən mövzularından biridə insanların haqlı olaraq narazılığına səbəb olacaq saxta malların keyfiyyətli mal yəni brend mal adından satışa çıxarılmasıdır. Nəticədə işbazlar küllü miqdarda pul qazanır , müştərilər isə bundan ziyan çəkir.

Femida.az mövzu ilə bağlı ekspert Elmar Nurəliyevlə əlaqə saxlayıb.Ekspertin açıqlamasını təqdim edirik:


-Elmar bəy,saxta malları necə ayıraq olar ?

- Əvvala onu deyim ki heç bir saxta brend məhsulu onun əsilindən adi göz ilə görməklə seçmək olmaz . Çox vaxt saxta olanı əsilindən dahada parlaq və gözəgəlimi olur. Onun üçün ilk növbədə almaq istədiyiniz məhsulda diqqət etməli olduğunuz nüanslara fikir verin :
Birinci növbədə almaq istədiyiniz malın etiketinə baxın . Etiket mala ( şalvar , kofta ) necə tikilib . Zavod istehsalı olan ( yəni firma mallarında ) etiketlər mala astarın altından yaxud birləşmə yerlərində tikilir. Yəni sən etiketə baxanda onun üzərində tikiş yeri görmürsən . Ancaq sonradan vurulan etiketlərin malın üzərindən vurulduğunu diqqətlə baxanda açıq görmək olar.
İkinci etiketin üzərində barkod olur və o barkodda malın məxsus olduğu ölkənin kodu olur. Məsələn siz almaq istədiyiniz mal Türkiyə istehsalıdırsa barkodda 869 , İran 626 , Rusiya 460-469 , Almaniya 400-440 , Fransa 300-379 İtaliya 800-839 , Kitay 690-695 ilə başlayır . Yəni siz alacağınız malın hansı ölkəyə məxsus olduğunu bu kodlar ilə müəyyən edə bilərsiniz . Lakin buda tam deyil . Bundan sonra barkodda olan əsasən 12-13 rəqəmdən ibarət kod olur , bu kodun həqiqi olub – olmamasını yoxlaya bilərsiniz :
Barkodda olan ilk iki yaxud üçdə ola bilər ölkə kodudur , sonra gələn beş yaxud altı rəqəm də ola bilər istahsalçı firmanın kodudur , sonrakı beş rəqəm məhsulun kodudur , ən sonda olan rəqəm isə “ nəzarət kodudur “ . Bu rəqəmlər ilə “ nəzarət kodunun “ düzgünlüyünü yoxlaya bilərsiniz .Sağdan sola tək rəqəmləri toplayırıq , alınan cavabı 3-ə vururuq .Sağdan sola cüt rəqəmləri toplayırıq , alınan cavabın üstünə yuxarıda aldığımız cavabı gəlirik .Alınan cavabın qarşısındakı rəqəmləri silib axrıncı rəqəmi saxlayırıq. 10 rəqəmindən axrıncı rəqəmi çıxanda cavab barkoddakı ən sonuncu rəqəm alınmalıdır. Bu nəzarət rəqəmidir .

Açar sözlər:

Oxunub: 1074