Azərbaycanda korrupsiya daha çox qeydə bu sahələrdədir
20:18 13 Fevral 2019
"Azərbaycanda korrupsiyanın daha çox qeydə alındığı sahələr açıqlanıb".
Femida.az xəbər verir ki, bunu Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın katibi Kamal Cəfərov “Facebook” sosial şəbəkəsindəki hesabında canlı yayım zamanı deyib.
Onun sözlərinə görə, korrupsiya hər bir ölkədə olduğu kimi, Azərbaycanda da var: "Dövlət də bununla bağlı mütəmadi tədbirlər görür. Azərbaycanda korrupsiyanın daha çox yayıldığı sahə tikinti sahəsidir. Ən birincisi, bir mənzilin bir neçə nəfərə satılması hallarıdır. Ona görə də korrupsiya tikinti sahəsində daha çox müşahidə olunur. Biz çox qısa zamanda bunun qarşısını tamamilə alacağıq. Bundan sonra cəmiyyətdə tikinti şirkətlərinə inam artacaq. Bank sektorunda da korrupsiya daha çox müşahidə olunur".
K.Cəfərov bildirib ki, bu il ekoloji cinayətlərlə bağlı 28 cinayət işi qeydə alınıb: "Amma 2017-ci ildə ekologiya ilə bağlı bir dənə də olsun cinayət işi olmayıb”.
Femida.az
Oxunub: 624
Oxşar xəbərlər
- Məşhur idmançılar Prezidentə müraciət etdi +VİDEO
- Şuşanın adını daşıyan "Xarı Bülbül" komandası dağılır - Sponsor niyə tapılmır?
- "Valideynlər məktəbli formalarını istədikləri satış məntəqələrindən ala bilərlər" - DİREKTOR
- Heydər Əliyevin mühafizəçisi nələri danışdı? - VİDEO
- Ermənilər əsgərimizə görün nə edib - 18+VİDEO
- Mətbuatda şikayəti yayımlanan vətəndaş niyə həbs olunub? - DİN-DƏN AÇIQLAMA
- Fazil Mustafa harada güllələnib? - ƏRAZİDƏN VİDEO
- Hər şey ən xırda detalına qədər görünür. Neo QLED 8K haqqında bir neçə söz
- Samsung Neo QLED 8K ilə evinizə böyük futbolu gətirin (FOTOLAR)
- Bakıda yolların yenidən qurulmasına 4,23 milyon manat ayrılıb - SƏRƏNCAM