"Valideynlər məktəbli formalarını istədikləri satış məntəqələrindən ala bilərlər" - DİREKTOR
22:10 19 Avqust 2023
"Valideynlər məktəbli formalarını istədikləri satış məntəqələrindən ala və ya tikdirə bilərlər".
Femida.az xəbər verir ki, Nazirlər Kabinetinin qərarına əsasən, 2023-2024-cü tədris ilində ölkənin hər bir ümumi təhsil müəssisəsi üzrə vahid məktəbli geyimi tətbiq ediləcək.
Bu qərara müvafiq olaraq Şuşa rayon 24 nömrəli ümumi orta məktəbin kollektivi də Pedaqoji Şuranın qərarına əsasən 4 vahid geyim formasından birini seçib.
Məktəbin direktoru Gözəlova Səbinə Mikayıl qızı məktəblərdə vahid formanın tətbiq edilməsini yüksək qiymətləndirirərək bildirib ki, valideynlər formanı istədikləri satış məntəqələrindən ala və ya tikdirə bilərlər:
"Bütün məktəblər üzrə vahid geyim forması şagirdlərdə nizamlı görünüşü təmin edir və sosial bərabərliyi formalaşdırır".
Oxunub: 20130
Oxşar xəbərlər
- Valideynlərlə təşkilatçılar arasında insident: Yaralılar ortada qaldı
- Valideynlərini itirmiş uşaqlar ilk dəfə işə düzələrkən 265 manat kompensasiya alacaqlar
- Valideynlərin hansı hallarda övladlarını məktəbə göndərməyəcəkləri məlum olub
- Valideynlər övladları ilə bağlı iltizam imzalayacaq
- Valideynlərini itirmiş şəxslərlə bağlı mühüm xəbər
- Valideynləri tərəfindən imtina olunan uşaqlarla bağlı YENİ QƏRAR
- Valideynlərini itirmiş şəxslərin magistratura xərclərini dövlət ödəyəcək
- Valideynlərini itirmiş uşağa və ona baxan şəxsə bu müavinətlər verilir - Hüquqi maarifləndirmə
- Valideynlərin soyadı müxtəlif olduqda uşağa kimin soyadı verilməlidir? - HÜQUQİ YARDIM
- Valideynlər uşaqlarına serial qəhrəmanlarının adını qoyur - Statistika