Mehriban Əliyeva qonaqpərvərliyə görə gəncəlilərə təşəkkür edib


22:34     14 Fevral 2019 19_02_14_1550172955.jpg

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva fevralın 14-də Gəncəyə səfəri zamanı "İmamzadə" dini kompleksində, Nizami Aydın adına 18 nömrəli tam orta məktəbində, uşaq evində, Mir Cəlal Paşayevin ev-muzeyində, 32 nömrəli körpələr evi-uşaq bağçasında olub və Gəncənin görməli yerlərindən biri olan "Xan bağı" mədəniyyət və istirahət parkında sakinlərlə görüşüb, ona göstərilən qonaqpərvərlik və səmimiyyətə görə gəncəlilərə təşəkkürünü bildirib.

Femida.az Trend-ə istinadən bildirir ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın səfər barədə fikirləri rəsmi "Instagram" səhifəsində açıqlanıb.

"Gözəl qədim Gəncə şəhərindən unudulmaz təəssuratlarla ayrıldım! Azərbaycan milli koloritini bu qədər aydın ifadə edən şəhər! Təkrarsız ab-havası olan şəhər! Gəncənin qonaqpərvər, mehriban, zəhmətkeş və məğrur sakinləri! Səmimiyyət və istiqanlılığınıza, xoş arzularınıza, təbəssümünüzə görə sizə minnətdarlığımı bildirirəm! Allah hər zaman sizi qorusun!"

Femida.az

Açar sözlər:

Oxunub: 438