Gözəllik salonundan 7 min manatlıq "parik" oğurlandı


11:48     19 Fevral 2019 2019/02/kak-stirat-parik-iz-iskusstvennyh-volos_1550562622.jpg

Yanvarın 26-na keçən gecə paytaxtın Nərimanov rayonunun F.Yusifov küçəsindəki gözəllik salonlarının birindən 8000 manat pul və 7000 manat dəyərində süni saçların oğurlanması barədə 17-ci Polis Şöbəsinə müraciət daxil olub.


DİN Mətbuat Xidmətindən Femida.az -a verilən məlumata görə, məlumatla əlaqədar müvafiq araşdırmalar aparılıb. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində bu cinayət əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər oğurluğa görə məhkum olunmuş Ə.Quliyev saxlanılıb.

Şəxsi axtarış zamanı ondan metamfetamin aşkar edilərək götürülüb. Araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 3280