Gözəllik salonundan pul oğurlanıb


11:12     04 Avqust 2019 2019/08/salon_1564902972.jpg

Bakının Nizami rayonunda oğurluq hadisəsi baş verib.

Nizami rayonu, Qara Qarayev prospektində gözəllik salonlarının birinin sahibi 1991-ci il təvəllüdlü Leyla Qəhramanova Nizami Rayon Polis İdarəsinə müraciət edərək bildirib ki, salondakı dolabdan 3500 manat pul oğurlanıb.

Nizami Rayon Polis İdarəsinin əməkdaşları faktla bağlı araşdırma aparır.

Femida.az

Açar sözlər:

Oxunub: 2729