İlham Əliyev Bruney-Darüssalamın Sultanını təbrik edib


15:47     22 Fevral 2019 prezident1_1500905288.jpg

Prezident İlham Əliyev Bruney-Darüssalamın Sultanı Əlahəzrət Hacı Həssənal Bolkiaha təbrik məktubu göndərib.



Femida.az xəbər verir ki, təbrikdə deyilir:

"Əlahəzrət,

Ölkənizin milli bayramı münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

İnanıram ki, Azərbaycan ilə Bruney-Darüssalam arasındakı münasibətlər xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da dostluq və əməkdaşlıq məcrasında inkişaf edəcəkdir.

Bu xoş gündə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost Bruney xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram".

Femida.az

Açar sözlər:

Oxunub: 299