Kür çayında suyun səviyyəsi artıb
09:56 24 Fevral 2019
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsindəki çaylarda sululuq ongünlük normanın 100-140, Kiçik Qafqazın çaylarında 50-150, Lənkəran-Astara bölgəsinin çaylarında isə 60-80 faizini təşkil edir.
Departamentdən Femida.az -a verilən məlumata görə, Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 1 santimetr azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi saniyədə 130 kubmetr olmaqla ongünlük normanın 67 faizini təşkil edir.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində də 1 santimetr azalma qeydə alınıb. Hazırda məntəqədə su sərfi saniyədə 54 kubmetr təşkil etməklə ongünlük normanın 71 faizinə bərabərdir.
Kür çayının aşağı axınında suyun səviyyəsi əsasən artıb. Belə ki, Kür çayının Surra və Şirvan məntəqələrində 4, Salyanda 3 santimetr artım, Araz çayının Novruzlu məntəqəsində 3 santimetr azalma qeydə alınıb. Kür çayının Bankə məntəqəsində isə suyun səviyyəsi dəyişməyib.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 403, Şirvanda 275, Salyanda 231, Bankədə 215, Araz çayının Novruzlu məntəqəsində isə 100 santimetrə bərabərdir.
Femida.az
Oxunub: 411
Oxşar xəbərlər
- Kürdəmirin sabiq icra başçısı və digər vəzifəli şəxslərin cəzası azaldılıb
- Kürdəmirdə 2 yaşlı körpə zəhərlənib
- Kürdə suyun səviyyəsi son sutkada 88 sm artıb
- Kürdəmirdə “Toyota” “KamAZ”a çırpılıb, ölənlər var
- Kürdəmirdə mikroavtobus piyadanı vuraraq öldürüb
- Kürdəmirdə 18 yaşlı gənc qız intihar edib
- Kürdəmirdə yol qəzasında ər və arvad ağır xəsarət alıb
- Kürdəmirdə kütləvi dava zamanı 5 nəfər xəsarət alıb
- Kürdəmirin sabiq icra başçısının rüşvət aldığı epizodların bəziləri məlum olub - SİYAHI
- Kürdəmirin sabiq icra başçısının müsadirə edilən əmlakları məlum olub - SİYAHI