Kürdəmirdə 2 yaşlı körpə zəhərlənib


14:53     29 İyun 2022

Kürdəmirdə 2 yaşlı körpə dərmandan zəhərlənib.

Hadisə rayonun Pirli kəndində qeydə alınıb. Belə ki, 2020-ci il təvəllüdlü Zeynalov Murad Roman oğlu bilmədən təsərrüfatda istifadə olunan zəhərli maddəni içib. Azyaşlı dərhal valideynlərinin köməyilə Kürdəmir rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Həkimlər körpəyə ilkin tibbi yardım göstəriblər.

Hazırda onun vəziyyəti ağır qiymətləndirilir. Fakt araşdırılır.

Açar sözlər:

Oxunub: 264