Olimpiya Oyunlarında siqaret çəkmək qadağan olunacaq
13:55 24 Fevral 2019
Tokio-2020 Olimpiya və Paralimpiya Oyunlarının təşkilat komitəsi yarışların keçiriləcəyi yerlərdə və ətraf ərazilərdə siqaret çəkilməsini tamamilə qadağan etməyi planlaşdırır.
Femida.az AzərTAc-a istinadən xəbər verir ki, əvvəlcə təşkilat komitəsi yalnız olimpiya yarışlarının keçiriləcəyi obyektlərin içərisində siqaret çəkilməsinin qadağan edilməsini müzakirə edirdi. Bununla yanaşı, təşkilat komitəsi tamaşaçılar və xidməti personalı üçün siqaret çəkmək məqsədilə xüsusi yerlər ayrılmasını nəzərdə tuturdu.
Lakin hazırda təşkilat komitəsinin üzvləri bütün olimpiya obyektlərində və onların ətrafında siqaret çəkilməsini qadağan etmək niyyətindədirlər.
Bildirilir ki, bu qərar Beynəlxalq Olimpiya Komitəsinin və Beynəlxalq Səhiyyə Təşkilatının siyasəti ilə üst-üstə düşəcək. Bu iki təşkilat Olimpiya Oyunları zamanı siqaretin qadağan edilməsini təbliğ edir.
Femida.az
Oxunub: 395
Oxşar xəbərlər
- Məşhur idmançılar Prezidentə müraciət etdi +VİDEO
- İlham Əliyev və Mehriban Əliyeva V İslam Həmrəyliyi Oyunlarında nəticə əldə etmiş idmançılarla görüşüblər
- Azərbaycanda Olimpiya Kompleksində 15 idmançı zəhərlənib
- Gənclər və idman naziri yeni idarə rəisi təyin edib
- Dünyanın 37 ölkəsi Rusiya və Belarusu idmandan uzaqlaşdırmaq istəyir
- Məhkəmə İsmayıllı Olimpiya İdman Kompleksinin sabiq direktoru ilə bağlı qərar çıxarıb
- Gəncədə idman meydançasının yardımçı otağından oğurluq edilib
- Azərbaycanda yeni idman federasiyası yaradılıb
- “Qadağan etsəm də, məktəbə idman paltarı ilə getmişdi” - Şöbədə arvadını öldürən polis
- Zabit Səmədovun nokauta saldığı idmançı koronavirusdan ölüb