“Ermənilər Suriyadan Azərbaycan ərazilərinə köçürülür” - PA-nın şöbə müdiri


16:19     25 Fevral 2019 19_02_25_1551097249.jpg


"Ermənistan tərəfi qeyri-qanuni şəkildə Suriyadan erməniləri Azərbaycanın işğal olunmuş ərazilərinə köçürür".

Femida.az azvision.az-a istinadən xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidenti Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

PA-nın şöbə müdiri bildirib ki, Ermənistan humanitar siyasət adı altında öz çirkin məqsədlərini həyata keçirərək Surayadan erməniləri işğal edilmiş Azərbaycan ərazilərinə köçürür:

"Ermənistan tərəfi beynəlxalq humanitar qanunları kobud şəkildə pozur və erməniləri heç vaxt yaşamadıqları Azərbaycan ərazilərinə köçürürlər. Beynəlxalq qanunlara əsasən insanları kütləvi şəkildə münaqişə zonasına köçürmək yolverilməzdir. Lakin Ermənistan tərəfi buna məhəl qoymur və öz qanunsuz fəaliyyətini davam etdirir. Bu, bir daha göstərir ki, Ermənstan tərəfi Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunmasına maraqlı deyil”.

Femida.az

Açar sözlər:

Oxunub: 373