Bərdədə ŞOK OLAY - Məktəbli oğlan enerji içkisindən ÖLDÜ


20:47     26 Fevral 2019 1434094599_ambulans22.jpg

Bərdə rayonunda 13 yaşlı yeniyetmə enerji içkisindən ölüb.

Femida.az Report-a istinadən bildirir ki, hadisə rayonun Dəymədağlı kəndində qeydə alınıb.

Belə ki, həmin kəndin sakini, 2006-cı il təvəllüdlü Mirşamil Namiq oğlu Babayev enerji içkisi qəbul etdikdən sonra vəziyyəti pisləşib. O, Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Yeniyetmə daha sonra Bakı şəhərindəki xəstəxanalardan birinə aparılsa da, həkimlər onun həyatını xilas edə bilməyiblər.

Qeyd edək ki, M.Babayev VII sinif şagirdidir.

Femida.az

Açar sözlər:

Oxunub: 676