Sahil Babayev Sabirabadnda vətəndaşları qəbul edib


17:34     27 Fevral 2019 19_02_27_1551274533.jpg


Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Sabirabad rayonunda Sabirabad, Saatlı, Hacıqabul rayonlarının və Şirvan şəhərinin sakinlərini fərdi qaydada qəbul edib.


Femida.az xəbər verir ki, qəbul zamanı vətəndaşlar əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində ardıcıl şəkildə mühüm addımlar atıldığına, həssas əhali qruplarına dövlət qayğısı əhəmiyyətli dərəcədə artırıldığına görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.

Görüşdə vətəndaşların sosial təminat, məşğulluq, aktiv məşğulluq tədbirlərinə və özünüməşğulluq proqramına cəlb olunma, tibbi-sosial reabilitasiya, əmək hüquqlarının müdafiəsi və s. məsələlərlə bağlı müraciətləri dinlənilib. Sorğu xarakterli müraciətlərlə əlaqədar vətəndaşlara hüquqi izahatlar verilib.

Bir sıra müraciətlərdə qaldırılan məsələlər nazirliyin müvafiq struktur bölmələrinin məsul şəxslərinin iştirakı ilə yerindəcə araşdırılıb, nəticəsinə uyğun tədbirlər görülməsi üçün aidiyyəti üzrə tapşırıqlar verilib. Eləcə də ayrı-ayrı şəxslər işlə təmin edilmələri üçün göndərişlə təmin olunub, kiçik ailə təsərrüfatını yaratmaq üçün potensialı olan işsiz şəxslər cari ildə özünüməşğulluq proqramına cəlb edilmək üçün qeydiyyata alınıblar.

Nazir qeyd edib ki, özünüməşğulluq proqramına ötən il Sabirabad, Saatlı, Hacıqabul rayonlarında və Şirvan şəhərində 341 aztəminatlı ailə cəlb edilib. Həmçinin dövlət başçısının təşəbbüsü əsasında cari ilin əvvəlindən icra olunan “İşsizin DOSTu” proqramı çərçivəsində bu 4 rayon və şəhərdə də 1500-ə yaxın işsiz və işaxtaran şəxs əmək müqaviləsi əsasında ödənişli ictimai işlərlə təmin olunub. Qəbul zamanı bərpa müalicəsinə ehtiyacı olan vətəndaşların reabilitasiyaya cəlb edilməsi tapşırılıb. 2019-cu ildə nazirliyin bir sıra reabilitasiya müəssisələrində olduğu kimi, Şirvan şəhərindəki Əlilliyi olan şəxslər üçün Regional Bərpa Mərkəzində də əsaslı təmir və yenidənqurma işlərinə başlanacağı qeyd edilib.

Femida.az

Açar sözlər:

Oxunub: 634