Arvadını öldürməyə cəhd edən şəxsə hökm oxundu


17:20     28 Fevral 2019 hokm.jpg

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində adam öldürməyə cəhddə təqsirləndirilən Rəhman Cəfərovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.


Femida.az xəbər verir ki, hakim İlham Mahmudovun sədrliyi ilə keçirirlən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə o, 11 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə ötən il sentyabrın 6-da Nəsimi rayonu ərazisində qeydə alınıb. Həmin ərazidə 1993-cü il təvəllüdlü Rəhman Yaqub oğlu Cəfərov 1997-ci il təvəllüdlü Aydan Hətəmova çoxsaylı bıçaq xəsarətlər yetirib.

Koma halında 1 saylı Kliniki Tibbi Mərkəzə aparılan qadın dərhal əməliyyat olunub. A.Hətəmovanın həyatını xilas etmək mümkün olub.

R.Cəfərov özü könüllü olaraq Nəsimi rayon Polis İdarəsi 19-cu polis bölməsinə gələrək təslim olub.

Məlumata görə, o, həyat yoldaşı A.Hətəmovanı qısqanclıq zəminində bıçaqlayıb.

Onların birgə nikahdan 2 uşağı var.

Femida.az

Açar sözlər:

Oxunub: 346