Suriyada döyüşdüyünə görə tutulan azərbaycanlının kassasiya şikayəti təmin edilməyib

Suriyada döyüşdüyünə görə tutulan azərbaycanlının kassasiya şikayəti təmin edilməyib


20:48     28 Fevral 2019 alimehkeme.jpg

Ali Məhkəmədə Suriya ərazisində qanunsuz silahlı birləşmənin tərkibində iştirak etməkdə təqsirləndirilən Zöhrab Məmmədovun barəsində olan məhkəmə qərarından verilən kassasiya şikayətinə baxılıb.

"Report"un xəbərinə görə, hakim Əli Seyfəliyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, Z.Məmmədovun kassasiya şikayəti təmin edilməyib.

Qeyd edək ki, Məmmədov Zöhrab Mübariz oğlu ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) tərəfindən həyata keçirilmiş antiterror tədbirləri nəticəsində şübhəli şəxs qismində tutulub.

Müəyyən edilib ki, Z.Məmmədov və digər şəxslər 2012-2015-ci illər ərzində qeyri-qanuni yollarla Suriya Ərəb Respublikası və İraq Respublikasının ərazisinə keçiblər.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Z.Məmmədov 12 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan həmin məhkum apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi onların şikayətini təmin etməyib.

Açar sözlər:

Oxunub: 223