Suriyada vəbaya yoluxanların sayı 426-ya çatıb
09:50 29 Sentyabr 2022
Suriyada vəba vibrionunun yaratdığı kəskin bağırsaq infeksiyasına 426 yoluxma halı aşkarlanıb.
Femida.az SANA agentliyinə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, ən çox yoluxma halı ölkənin şimalında - Hələbdə qeydə alınıb - 260. Orada 28 vətəndaş vəbadan ölüb. Ümumilikdə ölkədə 33 ölüm qeydə alınıb.
Xatırladaq ki, BMT-nin Suriya üzrə humanitar koordinatoru İmran Rza daha əvvəl bildirmişdi ki, vəba xəstəliyinin yayılmasına səbəb isti yay dövründə təhlükəli mənbələrdən, xüsusən də Fərat çayı və suvarma kanallarından sudan istifadə edilməsidir.
Qeyd edək ki, ÜST-ün məlumatına görə, dünyada hər il 1,3 milyondan 4 milyona qədər vəba hadisəsi qeydə alınır, ölənlərin sayı on minlərlədir.
Oxunub: 1697
Oxşar xəbərlər
- Suriyada bir neçə terrorçu zərərsizləşdirilib
- Suriyada onlarla terrorçu zərərsizləşdirilib
- Suriyada 3 terrorçu zərərsizləşdirilib
- Suriyada düşərgədə saxlanılan 11 nəfər Azərbaycana gətirilib
- Suriyada terrorçular zərərsizləşdirilib
- Suriyada 14 terrorçu zərərsizləşdirilib
- Suriyada terror aktları nəticəsində 18 nəfər ölüb
- Suriyada İŞİD-in 50-dən çox terrorçusu məhv edilib
- Suriyada bir neçə terrorçu məhv edilib
- Suriyada terrorçular ordu bölməsinə atəş açıb, ölən və yaralanan var