Bakıya qatarla narkotik gətirən şəxs tutulub
11:59 02 Mart 2019
Dəmiryol Nəliyyatında Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin aşkar edilməsi istiqamətində əməliyyat tədbiri həyata keçirib.
DİN Mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, əməliyyat zamanı əvvəllər Cinayət məcəlləsinin 177.2.2 (Oğurluq, təkrar törədildikdə) 177.2.3 (Oğurluq yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə) və 180.1 (Soyğunçuluq, yəni özgənin əmlakını açıq talama) maddələri ilə məhkum olunmuş Lənkəran şəhər sakini Mais Hüseynov Bakı dəmiryol vağzalının ərazisində saxlanılaraq istintaqa təqdim edilib.
Onun üzərində şəxsi axtarış aparılan zaman 40 qrama yaxın güclü təsiredici xassəyə malik narkotik vasitə olan tiryək və 450 qram qurudulmuş marixuana aşkar edilərək götürülüb.
M.Hüseynov narkotik vasitəni şəxsi istifadəsi üçün şəxsiyyəti istintaqa məlum olmayan mənbədən aldığını bildirib. Faktla bağlı saxlanılan şəxs barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Femida.az
Oxunub: 447
Oxşar xəbərlər
- Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
- Bakıya gediş-gəliş nə vaxt açılacaq? - RƏSMİ CAVAB
- Bakıya giriş-çıxış yanvarın 25-dək bağlı olacaq
- Bakıya qar nə vaxt yağacaq? - Ekologiya Nazirliyi açıqlama verdi
- Bakıya yeni liftlər gətirilib
- Bakıya xüsusi təyinatlı yeni texnikalar gətirilib
- Bakıya 4 yeni metro qatarı gətirildi
- Bakıya 115 kiçiktutumlu avtobus gətiriləcək
- Bakıya girişlə bağlı DYP-dən sürücü və sərnişinlərə XƏBƏRDARLIQ
- Bakıya yeni 18 metrlik avtobuslar gətirildi