Naxçıvanda 11330 nəfərin pensiyası 160 manat oldu
12:59 02 Mart 2019
Naxçıvan Muxtar Respublikası üzrə 4357 nəfər yaşa görə, 6560 nəfər əlilliyə görə, 413 nəfər ailə başçısını itirməyə görə, ümumilikdə isə 11 330 nəfər aşağı məbləğdə əmək pensiyası alan pensiyaçıların pensiyalarının məbləği 160 manata çatdırılacaq.
Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondundan Femida.az-a verilən məlumata görə, pensiyanın minimum məbləğinin artımı bir qayda olaraq 1 mart 2019-cu il tarixindən hesablanacaq və Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun yerli orqanları tərəfindın qanunvericiliyə uyğun plastik bankomat kartları və poçt şöbələri vasitəsi ilə pensiyaçılara ödəniləcəkdir.
Bu artımların ödənilməsinin həyata keçirilməsinə Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun büdcəsindən cari ilin 10 ayı üzrə hər ay orta hesabla 267 min manat əlavə vəsait yönəldiləcəkdir.
Qeyd edək ki, Prezident İlham Əliyevin 19 fevral 2019-cu il tarixdə imzaladığı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Fərmana əsasən əmək pensiyasının minimum məbləği 2019-cu il martın 1-dən artırılıb. Fərmana əsasən əmək pensiyasının minimum məbləğindən aşağı məbləğdə əmək pensiyası alan bütün növ əmək pensiyaçılarının pensiyaları 160 manata çatdırılıb.
Femida.az
Oxunub: 458
Oxşar xəbərlər
- Naxçıvanda Ermənistana məxsus PUA zərərsizləşdirilib
- Naxçıvanda avtomobil yolu keçən piyadanı vuraraq öldürüb
- Naxçıvanda məktəbin uçması nəticəsində ölən şəxslərin sayı 4-a çatıb - RƏSMİ
- Naxçıvanda gömrükçülər 100 kiloqrama yaxın heroin müsadirə edib
- Naxçıvanda avtomobil ər-arvadı vuraraq öldürüb
- Naxçıvanda gəlinini boğaraq öldürən şəxsin məhkəməsi başlayır
- Naxçıvanda yeni təyinat olub
- Naxçıvanda maaşlar artıb
- Naxçıvanda gənc əsgərlər hərbi andı qəbul ediblər
- Naxçıvanda gənc əsgərlər hərbi andı qəbul ediblər