İlham Əliyev bolqarıstanlı həmkarını təbrik edib


13:44     02 Mart 2019 prezident2.jpg

Prezident İlham Əliyev Bolqarıstan Respublikasının Prezidenti Zati-aliləri cənab Rumen Radevə təbrik məktubu ünvanlayıb.


Femida.az AZƏRTAC-a istinadən bildirir ki, təbrikdə deyilir:

"Bolqarıstan Respublikasının milli bayramı münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

İnanıram ki, Azərbaycan-Bolqarıstan əlaqələri, ölkələrimiz arasındakı ənənəvi dostluq və əməkdaşlıq münasibətləri bundan sonra da inkişaf edərək xalqlarımızın rifahına töhfələr verəcəkdir.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Bolqarıstan xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram".

Femida.az

Açar sözlər:

Oxunub: 292