Binəqədidə 6 nəfər liftdə qalıb


18:53     02 Mart 2019 lift9.jpg

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Nərimanov və Binəqədi rayonlarında 6 nəfər liftdə köməksiz vəziyyətdə qalıb.

Femida.az FHN-ə istinadən xəbər verir ki, çağırış ünvanlarına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşların liftdən çıxmasına kömək ediblər. Əməliyyat başa çatıb.

Femida.az

Açar sözlər:

Oxunub: 461