Taksi sürücüsü və sərnişinləri törətmədikləri oğurluğa görə döyüldü


17:32     05 Mart 2019 dava.jpg

Qazax rayonunda döyülmə hadisəsi baş verib.


Bu barədə Femida.az-ın Qərb bürosuna DİN-in Mətbuat xidmətinin Gəncə regional qrupundan məlumat verilib.

Belə ki, taksi sürücüsü kimi fəaliyyət göstərən Gürcüstan vətandaşı, 1987-ci il təvəllüdlü Coşqun Ayvazov idarə etdiyi "Mercedes-Benz" markalı avtomobillə Birinci Şıxlı kəndinə apardığı sərnişini qoyub geri qayıdan zaman 4-5 nəfər şəxs onların qarşısını kəsib və sürücünü, həmçinin onun iki sərnişinini - Bakı şəhər sakini, 1972-ci il təvəllüdlü Seymur Yaşar oğlu Haqverdiyev və Qazax rayon sakini, 1998-ci il təvəllüdlü Maqsud Mahir oğlu Əliyevi avtomobildən düşürərək döyüblər. Hər üç şəxs xəstəxanaya yerləşdirilib.

Qazax rayon Polis şöbəsinin əməkdaşları tərəfindən aparılan araşdırmalar nəticəsində hadisənin başvermə səbəbləri məlum olub. Belə ki, yanvarın 29-da həmin kənddəki evlərdən birindən 500 ABŞ dolları və 45 manat, fevralın 19-da isə digər evdən 200 manat pul oğurlanıb. Kənd sakinləri həmin oğurluq faktlarının kəndə yad olan bu şəxslər tərəfindən törədildiyini güman ediblər və bu səbəbdən Birinci Şıxlı kəndində olan sərnişini ünvanına çatdırıb daha sonra geri qayıdaraq Gürcüstana getmək istəyən taksi sürücüsünü və avtomobildə olan iki sərnişini döyüblər.

Aparılan araşdırmalar nəticəsində həmin oğurluq faktlarını törətməkdə şübhəli bilinən şəxsin, əvvəllər məhkumluq həyatı yaşamış (234.1-ci maddə ilə) 1986-cı il təvəllüdlü İsgəndər İlqar oğlu Dılışov olduğu məlum olub və polis tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır, cinayət işi açılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 556