Şərifzadə küçəsində insident - 23 yaşlı gənc bıçaqlandı


09:35     06 Mart 2019 1351597684_bicaqlama_7_700x390.jpg

Bakıda bıçaqlanma hadisəsi baş verib.


Femida.az Trend-ə istinadən xəbər verir ki, hadisə paytaxtın Yasamal rayonu ərazisində baş verib.

Yasamal rayonu, Şərifzadə küçəsi, 484 ünvanının qarşısında rayon sakini, 1996-cı il təvəllüdlü Eldarov Xıdır Ceyhun oğlu naməlum şəxs tərəfindən döş qəfəsindən bıçaqlanıb.

Yaralı Respublika Klinik Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 563