Şərifzadə küçəsində cinayət - Mağazanı yarıb...


12:38     15 Oktyabr 2018 ogurluq.jpg

Oktyabrın 7-nə keçən gecə Yasamal rayonu A.M.Şərifzadə küçəsindəki mağazaların birindən oğurluq edilməsi barədə DİN-in “102 – Zəng Mərkəzi”nə müraciət daxil olub.


DİN-dən Femida.az-a verilən xəbərə görə, mMəlumatla əlaqədar dərhal 29-cu Polis Şöbəsinin əməkdaşları hadisə yerinə gəlib, araşdırmalar zamanı telefon satışı mağazasından 11 ədəd telefon və 1 ədəd noutbukun oğurlandığı məlum olub.

​Təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən şəxs qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb.

​Araşdırmalar zamanı onun Ağcabədi rayon sakini, əvvəllər də məhkum olunmuş Xəyyam Vəliyev olduğu müəyyən edilib. Mobil telefonların bir neçəsi polis əməkdaşları tərəfindən maddi sübut kimi ondan götürülüb. ​Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 402