Azərbaycanlı “Qayınana” özbəkləri heyran etdi (FOTO)


13:33     26 Oktyabr 2015 hqdefault94.jpg

Azərbaycanın Özbəkistandakı səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) layihəsi və dəstəyi ilə Nizami Gəncəvi adına Daşkənd Dövlət Pedaqoji Universitetində yaradılan Azərbaycan Mədəniyyəti və Ədəbiyyatı Mərkəzində Azərbaycan kinofilmləri günü keçirilib.


Mədəniyyət Mərkəzindən Femida.az verilən xəbərə görə, sözügedən Mərkəzin zalında “Dərviş Parisi partladır”, “Qayınana”, “Arşın mal alan” Azərbaycanın populyar bədii filmləri nümayiş etdirilib.

Tədbirdə tələbələr Azərbaycan kinofilmlərində ifa olunan mahnılardan ibarət kompozisiya təqdim ediblər.

Tədbirdə Özbəkistandakı Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin əməkdaşları, Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin rəhbərləri, Nizami adına Daşkənd Dövlət Pedaqoji Universitetin müəllimləri, universitetin fəal tələbələri iştirak ediblər.

Açar sözlər:

Oxunub: 723