Meşə fonduna aid 1 hektar ərazi yanıb


16:06     12 Mart 2019 19_03_12_1552392437.jpg

Xaçmazda meşə fonduna aid 1 hektar ərazi yanıb
Bu gün Xaçmaz rayonunda meşə fonduna aid ərazidə yanğın qeydə alınıb.

Femida.az -ın verdiyi məlumata görə, hadisə rayonun Mirzəmməd kəndində baş verib. Meşə fonduna aid 1 hektar ərazidə quru ot və kol-kos yanıb. Yanğının söndürülməsi üçün əraziyə Xaçmaz Dövlət Yanğından Mühafizə Hissəsinin 3 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub. Yanğının daha geniş əraziyə keçməsinin qarşısı alınıb. Ətraf ərazilər yanğından mühafizə olunub.

Açar sözlər:

Oxunub: 311