DİN-dən növbəti səyyar xidmət


23:13     16 May 2015 din-den%20seyyar%20xidmet.jpg

Daxili İşlər Nazirliyi rəhbərliyinin (DİN) tapşırığına əsasən Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin təşəbbüsü ilə ölkəmizin şəhər və rayonlarında şəxsiyyət vəsiqələrinin verilməsi və etibarlıq müddəti bitmiş sənədlərin yeniləri ilə dəyişdirilməsi üzrə səyyar xidmətlər keçirilir.


Nazirliyin mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, növbəti belə tədbir Baş İdarənin və Quba RPŞ-nin müvafiq xidmət əməkdaşlarının iştirakı ilə bu rayonda baş tutub.

Xınalıq, Qonaqkənd və digər ətraf kəndlərdə keçirilmiş səyyar xidmət zamanı, ümumilikdə 1350 nəfərin, həmçinin orta ümumtəhsil məktəblərinin buraxılış sinifləri şagirdlərinin müvafiq sənədləri qəbul edilib.

Açar sözlər:

Oxunub: 476