Gürcüstanın Azərbaycana borcu azalıb


17:20     12 Mart 2019 gurcustan-bayraq.jpg

Bu il fevralın 28-nə olan məlumata əsasən, Gürcüstanın Azərbaycana olan borcu 7, 435 million dollar təşkil edib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Maliyyə Nazirliyinin aylıq hesabatında bildirilib.

Yanvar ayı ilə müqayisədə qonşu ölkənin Azərbaycana olan borcu 384 min dollar azalıb.

Ötən ay Gürcüstanın ümumi xarici dövlət borcu aylıq müqayisədə 18, 549 million dollar azalaraq 5 448, 110 million dollar təşkil edib. Bu məbləğin 5 280, 353 million dolları hökumətin payına düşür.

Qonşu ölkənin ən çox borcu olduğu ölkələrin ilk üçlüyünə Almaniya (323, 732 million dollar), Fransa (252, 478 million dollar) və Yaponiya (213, 345 million dollar) daxildir.

Gürcüstanın Türkiyə, Rusiya və Ermənistana olan borcu aylıq müqayisədə azalaraq, müvafiq olaraq 14, 273 million dollara, 58, 773 million dollara və 8, 305 million dollara düşüb.

Açar sözlər:

Oxunub: 450