Bakıda yanğın, 2 nəfər xilas edilib


20:02     13 Mart 2019 yangin_38673636.jpg

Bakı şəhərinin Nəsimi rayonunda çoxmərtəbəli yaşayış binasının 18-ci mərtəbəsində yanğın olub.

Femida.az FHN-ə istinadən xəbər verir ki, ümumi sahəsi 156 m² olan mənzilin yanar konstruksiyaları 5 m² sahədə yanıb, yüksək temperaturdan 2 ədəd kondisioner əriyib. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın zamanı 2 nəfər bina sakini xilasedicilər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.​

Femida.az

Açar sözlər:

Oxunub: 352