Yeni qatarlar bir neçə dəfə sərnişinsiz gedib-gələcək


10:04     16 Mart 2019 femida%20cavid%20qurbNOV.jpg


Bakı-Tbilisi-Qars dəmir yolu xətti üzrə sərnişin daşınması üçün sifariş olunan vaqonlar hazırda Türkiyədə sınaqdan keçirilir.


Femida.az xəbər verir ki, bu barədə Azvision.az -a eksklüziv açıqlamasında "Azərbaycan Dəmir Yolları" QSC-min sədri Cavid Qurbanov bildirib.
Qurum rəhbərinin sözlərinə görə, yeni qatarlar bir aya qədər Bakıda olacaq və sınaqdan keçiriləcək. "Qatarlar bir neçə dəfə sərnişinsiz gedib-gələcək. Təhlükəsizlik yoxlanılacaq, təlimat hazırlanacaq. Ondan sonra tezliklə istifadəyə veriləcək".

Femida.az

Açar sözlər:

Oxunub: 455